Sumqayıtda yaşayış binasında baş vermiş yanğının təfərrüatları məlum olub. Bu haqda 24 may tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Yanğın ötən gün 3-cü mikrorayon ərazisindəki beşmərtəbəli binanın sonuncu mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 70 kv.metr olan 3 otaqlı evin 1 otağında divan yanıb, yüksək temperaturdan mənzilin divarları qarsalanıb.
Hadisə zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.