Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub. Sumqayıt24 bu haqda 1 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə dünən axşam baş verib. 2-ci mərtəbənin pilləkən qəfəsindəki elektrik lövhəsində 9 ədəd sayğac yanıb. FHN-in əməkdaşları tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər təxliyə olunub.
Yaxınlıqdakı mənzillər mühafizə edilib. Alov söndürülüb.