Sumqayıt Dövlət Universitetində (SDU) “Davamlılıq üçün universitet sənaye əməkdaşlığı” mövzusunda dəyirmi masa təşkil olunacaq. Bu haqda 13 may tarixində Sumqayıt24 xəbər verir.
“Yaşıl dünya naminə həmrəylik” forumu çərçivəsində tədbirdə universitetin, institutların və sənaye müəssisələrinin əməkdaşları iştirak edəcəklər. Dəyirmi masa mayın 14-də SDU-nun Heydər Əliyev Mərkəzində keçiriləcək.