Sumqayıtda sosial layihə keçirilib. Sumqayıt24 bu haqda 13 iyun tarixində xəbər verir.
Tədbir “Yaşıl Gələcək” adlanıb. Layihə zamanı Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri polisin müşaiyəti altında sürücülərə “Nəqliyyatda enerji səmərəliliyinin artırılması” mövzusunda məlumat verib, bukletlər paylayıblar. Sonda isə bulvar ərazisində veloyürüş baş tutub.