top
Yaşıllaşdırma İdarəsi ilə Saffari Plus şirkətini nə birləşdirir?
19 avqust 2024, 00:30
- +

Yaşıllaşdırma İdarəsi ilə "Saffari Plus" şirkətini nə birləşdirir?

Sumqayıt Yaşıllaşdırma İdarəsi tender elan edib. Sumqayıt24 bu haqda 19 avqust tarixində Qaynarinfo.az-a istinadən xəbər verir.

Yaşıllıqların salınması ilə bağlı tenderi bu dəfə də "Saffari Plus" MMC qazanıb. Şirkətin qiymət təklifi 294.292 manat olub.

"Saffari Plus" avqustun 12-də də sözügedən qurumun eyni tenderi üzrə qalib seçilmişdi. Həmin tender üzrə qiymət təklifi 293.230 manat olmuşdu.

Ötən il isə şirkət Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) 3 tenderinin qalibi seçilib. Bu müsabiqələr də yaşıllıqların salınması ilə bağlı idi. Satınalma müqavilələrin ümumi maliyyə dəyəri 855.382 manatdır.

"Saffari Plus" MMC vergi qeydiyyatına 26 yanvar 2023-cü ildə alınıb. Şirkət bir neçə ay sonra tenderlərə qatılmağa başlayıb. Əsasən Sumqayıt Yaşıllaşdırma İdarəsinin keçirdiyi satınalma müsabiqələrində qalib gəlib.

MMC-nin qanuni təmsilçisi Nuranə Zeynalovadır. O, həm də "4 MM Aqro" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də eyni tarixdə vergi qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında adıçəkilən şirkətlərin hüquqi ünvanı qeyd edilməyib.

Açıq mənbələrdə "Saffari Plus" MMC və "4 MM Aqro" MMC barəsində heç bir məlumata rast gəlinmir. Nuranə Zeynalova haqqında hər hansı məlumat yoxdur. Bu isə şirkətlərin sadəcə tender əməliyyatları üçün yaradıldığını, Nuranə Zeynalovanın isə təmsilçiliyinin formal olduğuna dair şübhələri artırır.

Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. O, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, baş nazirin sabiq müavini Əli Həsənovun qardaşıdır.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Bütün xəbərlər
Dünən, 18:05

"Buxar Sumqayıt"ın məşqçisi: "Oyunçu sayının azlığı Avropa Liqasındakı yeganə çətinlikdir"

Bütün xəbərlər
Dünən, 17:40

Sarayda "zebra" var, amma sürücülər piyadalara yol vermir

Bütün xəbərlər
Dünən, 17:28

Sumqayıt-Cəbrayıl marşrutu üzrə müsabiqənin qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:05

Sumqayıtlıları çətin duruma salan su problemi - açıqlama

Bütün xəbərlər
Dünən, 16:34

Sumqayıtda uşaqları ilk qəbul edən məktəb hansıdır? - SUMQAYİT24.AZ-ın ARAŞDIRMASI

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda yaşayış binasını həşərat basıb

İdman
Dünən, 15:23

Sumqayıtlı çempion azarkeşlərlə görüşüb, avtoqraflar paylayıb

Bütün xəbərlər
Dünən, 14:50

Sumqayıtda sabah hava dumanlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tullantı məntəqələri yarım milyon manata abadlaşdırılacaq

Bütün xəbərlər
Dünən, 13:50

SDU-nun rektoru tələbələrə: "AI-nin hər dediyinə inanmayın"

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda lövhə qəzaya səbəb ola bilər - VİDEO

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda gecə kabusu: "İydən boğulurduq"

İdman
Dünən, 12:05

"Sumqayıt" - "Şamaxı" matçını bu sayda azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 11:35

Sumqayıtda 2026–2027-ci tədris ili start götürdü - RƏQƏMLƏR

Bütün xəbərlər
Dünən, 11:05

Pakistanlı ata-oğulu öldürmək istəyən şrilankalılar Sumqayıt məhkəməsinin hökmündən narazıdırlar

Bütün xəbərlər
Dünən, 10:35

Sumqayıtda şəhid jurnalistin oğlu üçün ilk zəng çalınır

Bütün xəbərlər
Dünən, 09:53

19 yaşında Vətən üçün canından keçən Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:23

124 min uşaq üçün ilk zəng çalınır

Bütün xəbərlər
Dünən, 07:00

Azərbaycanda bu gün Bilik Günüdür

Bütün xəbərlər
14 sentyabr 2026, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
14 sentyabr 2026, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
14 sentyabr 2026, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
14 sentyabr 2026, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Oxşar xəbərlər