Sumqayıtın “Yaşma bağları” ərazisində qəza olub. Sumqayıt24 bu haqda 21 iyun tarixində xəbər verir.
Hadisə dünən axşam baş verib. Məlumata görə, yük maşını minik avtomobilinə çarpılıb. Nəticədə minik maşınının sərnişini, 53 yaşlı Lalə Hüseynli yerindəcə keçinib.
Yaralanan Mina Aslanova və Könül Babayeva Bakı xəstəxanalarından birinə çatdırılıblar. Babayevaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Fakt araşdırılır.