top
Yeni avtobuslar manatlıqların BAZARINI BAĞLAYIR
13 noyabr 2025, 14:10
- ↺ +

Yeni avtobuslar "manatlıq"ların "BAZARINI BAĞLAYIR"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, noyabrın 12-də Bakı və Sumqayıt şəhərləri arasında 500 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilib.

Avtobuslar Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə "20 Yanvar" stansiyasına qədər hərəkət edəcək.

18 metr uzunluğu olan avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək.

Day.az-ın məlumatına görə, yeni avtobus xəttinin açılması Sumqayıtdan Bakıya gələnlərin ürəyincə olsa da, "manatlıq" taksilərin və mikroavtobus sürücülərinin kefinə soğan doğrayıb.

Çünki 500 nömrəli avtobus fəaliyyətə başlayandan sonra "manatlıq"lara maraq azalacaq. Sürücülərin sosial şəbəkələrdəki paylaşımlarından aydın olur ki, proses başlayıb. Artıq sərnişinlər "manatlıq"lardan deyil, yeni avtobus xəttində hərəkət edən avtobuslardan istifadə edirlər.

Avtobusun üstünlükləri nələrdir?

- Avtobus xüsusi zolaqla hərəkət edir, amma "manatlıq"lar və mikroavtobuslar həmin zolağa daxil ola bilmirlər. Ona görə də vaxt baxımından yeni avtobus daha sərfəlidir. Çünki "manatlıq"lar və mikroavtobuslar avtobus zolağına daxil ola bilmədiyi üçün uzun müddət tıxacda qalmalı olurlar. 500 nömrəli avtobuslar isə xüsusi zolaqdan istifadə etməklə, mənzil başına tez çatır.

- Avtobus "manatlıq"lara qiymət baxımından da zərbə vurub. Bakı-Sumqayıt və əksinə hərəkət edən taksilər adətən sərnişi 1-2 manata daşıdığı halda, 500 nömrəli avtobusun gedişhaqqı 0,80 manatdır.

- Əsas məqamlardan biri də təhlükəsizlikdir. Qeyd edilən istiqamətdə səfər edən vətəndaşlar bilirlər ki, "manatlıq"ların və mikroavtobusların sürücüləri nəqliyyat vasitəsini sürətlə idarə edirlər. Bu isə sərnişinlərin həyatı üçün təhlükəlidir. Dövlət tərəfindən xəttə buraxılan avtobusların sürətinə isə xüsusi nəzarət olunduğu üçün sürücülər təhlükəli manevrlərdən çəkinirlər.

Təbii ki, sərnişin 1-2 manat ödəyib tıxacda uzun müddət gözləmək və təhlükəli anlar yaşamaq əvəzinə 0,80 qəpik ödəyib rahat avtobusdan istifadəni seçir. Bu isə "manatlıq"lara və mikroavtobuslara marağı kəskin azaldır. Nəticədə onların gəliri azalmağa doğru gedir. Proseslər göstərir ki, yaxın 3-4 il ərzində qeyd edilən xidmətə maraq azaldığı üçün "manatlıq"lar tarixə qovuşacaqlar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Bu gün, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
Dünən, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
Dünən, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
Dünən, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
Dünən, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
Dünən, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
Dünən, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda sürücülər doğum şöbəsinin yolunu zəbt edib?

Bütün xəbərlər
Dünən, 12:26

Sumqayıtda binanın zirzəmisində acınacaqlı durum

Bütün xəbərlər
Dünən, 11:38

Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək

Bütün xəbərlər
Dünən, 10:37

SDU rəhbər vəzifələrə işçi axtarır

Bütün xəbərlər
Dünən, 10:02

Sumqayıt Apellyasiya Məhkəməsi qızına xəsarət yetirən atanın şikayətini təmin etmədi

Bütün xəbərlər
Dünən, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
27 oktyabr 2026, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
27 oktyabr 2026, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
27 oktyabr 2026, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Oxşar xəbərlər