top
Yuxuya getməyi asanlaşdıran içkilər: Həkimdən TÖVSİYƏ
31 avqust 2026, 11:15
- ↺ +

Yuxuya getməyi asanlaşdıran içkilər: Həkimdən TÖVSİYƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bitki çayları rahatlamağa, yuxuya daha asan getməyə və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Yuxu problemləri zamanı istifadə olunan bitkilər arasında pişikotu, badrənc və lavandanın adı çəkilir.

Bunu qastroenteroloq Yevgeni Belousov açıqlamasında deyib. 

Həkim bildirib ki, bəzi bitki çayları və onların qarışıqları sinir sisteminə sakitləşdirici təsir göstərərək gərginlik və narahatlığın azalmasına, nəticədə isə yuxuya getməyin asanlaşmasına şərait yarada bilər. Onların təsiri birbaşa yuxugətirici olmaqdan daha çox insanın rahatlamasına və xarici qıcıqlandırıcılara qarşı həssaslığın azalmasına yönəlir.

Belousovun sözlərinə görə, yuxusuzluq zamanı ən çox istifadə edilən bitkilərdən biri pişikotudur. Bu bitkinin yuxuya getmək üçün lazım olan vaxtı azaltmağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edə biləcəyi bildirilir.

Badrənc isə stressin azalmasına kömək edən antioksidantlarla zəngindir. Həkim bir stəkan ilıq suya 3-4 badrənc yarpağı əlavə edib 15 dəqiqə dəmləməyi və alınan çayı yatmazdan təxminən bir saat əvvəl içməyi məsləhət görüb.

Lavanda da sakitləşdirici xüsusiyyətləri ilə seçilir. Tərkibində olan efir yağlarının emosional gərginliyin azalmasına, yuxunun keyfiyyətinin yüksəlməsinə və daha tez yuxuya getməyə müsbət təsir göstərə biləcəyi qeyd olunur.

Həkimin fikrincə, bitki çaylarının müntəzəm qəbulu yuxunun daha rahat olmasına və səhərlər oyanmağın asanlaşmasına kömək edə bilər. Bitkilərin adətən bir çay qaşığı miqdarında 300 ml qaynar suda dəmlənməsi və yatmazdan 2-3 saat əvvəl qəbul edilməsi tövsiyə olunur.

Bununla belə, bitki çaylarının təsiri hər insanda eyni olmaya bilər. Bütün bitkilərin uzun müddət və istənilən miqdarda istifadəsinin zərərsiz olduğu düşüncəsi də doğru deyil. Xüsusilə dərman qəbul edən, hamilə olan və ya xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər bitki tərkibli vasitələrdən müntəzəm istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Mənbə: Gazetа.ru

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Dünən, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Dünən, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
19 oktyabr 2026, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
19 oktyabr 2026, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
19 oktyabr 2026, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
19 oktyabr 2026, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
19 oktyabr 2026, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Oxşar xəbərlər