Sumqayıtda Zəfər Günü ilə bağlı tədbirlər davam edir. Bu barədə 5 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Şənliklər Sumqayıt Dövlət Universitetinin müxtəlif fakültələrində, 17 və 26 nömrəli məktəblərdə, 48 nömrəli bağçada, Mərkəzi Uşaq Kitabxanasında təşkil olunub. Burada müəllim, tələbə və şagirdlərdən əlavə, Vətən müharibəsinin qaziləri də iştirak ediblər.
Tədbir təntənəli şəkildə, vətənpərvərlik mövzusunda şeir və mahnıların səsləndirilməsi, səhnəciklərin qurulması ilə keçirilib.