Sumqayıtda zəhərlənən ana və uşaqlarını evə buraxıblar. Sumqayıt24 bu haqda 22 may tarixində xəbər verir.
Hadisə 13-cü mikrorayon ərazisində baş vermişdi. 41 yaşlı Sevgül İsgəndərova evdə dərman vasitəsilə uşaqları – 17 yaşlı N. Süleymanova, 8 yaşlı N. Süleymanov və 7 yaşlı Y. Süleymanovu zəhərləmişdi. Daha sonra özü də həmin həbləri qəbul etmişdi.
Qadının vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilmişdilər. Bir müddət sonra onlar da evə buraxılıblar.