Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib. Bu haqda 18 fevral tarixində Sumqayıt24 ŞİH-yə istinadən xəbər verir.
Qəbul şəhərin 14-cü məhəlləsində baş tutub. Görüşdə İH-nin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Burada sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri və təklifləri dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.