Sumqayıtda kanalizasiya sistemi yenilənir. Sumqayıt24 bu barədə 5 sentyabr tarixində xəbər verir.
Təmir-qazıntı işləri 18-ci məhəlləyə yaxın ərazidə, fərdi yaşayış binalarının yanında aparılır. “Azərsu” ASC-nin əməkdaşları istismar müddəti bitmiş boruları yeniləri ilə əvəz edirlər. Məlumata əsasən, işlərin gələn həftəyə başa çatdırılması nəzərdə tutulur. Suyun təchizatında fasilə yaranmayıb.[modula id="21364"]