Sumqayıt şəhərində 250 abonentin qaz təchizatı bərpa olunur. Sumqayıt24 bu barədə 17 oktyabr tarixində “Azəriqaz” İB-yə istinadən xəbər verir.
Şəhərin “Stansiya Sumqayıt” yaşayış massivi ərazisində istismar müddəti başa çatan qaz xətləri yenilənir. Təmir-bərpa işləri “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən həyata keçirilir.