Sumqayıtın 21-ci mikrorayonunda yol natamam asfaltlanıb. Sumqayıt24 bu haqda 31 avqust tarixində xəbər verir.
Asfaltlanma Aşıq Ələsgər küçəsində aparılıb. Sakinlərin iddiasına görə, işlərə dövlət büdcəsindən vəsait ayrılsa da, aidiyyəti qurumun əməkdaşları əhalidən pul tələb ediblər. Həmin şəxslər digər əraziləri asfatlasalar da, pul verməyən sakinlərin evlərinin önünü görməzdən gəliblər.