Bu gün, 12 yanvar tarixində Novxanıda içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu haqda “Azərsu” ASC məlumat yayıb.
Məlumata əsasən, magistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar ərazidə gün ərzində su olmayacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.