Sumqayıtda məhəllələrin birində antisanitar vəziyyət yaranıb. Bu haqda 5 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Heydər Əliyev prospekti, 18-ci məhəllə ərazisində bir neçə gün əvvəl kanalizasiya quyusu daşıb. Nəticədə yaşayış binasının arxa tərəfini çirkab sular basıb. Ətrafı isə xoşagəlməz qoxu bürüyüb.