Sumqayıt şəhərinin Bulvar küçəsində yerləşən kanalizasiya quyusu açıq vəziyyətdədir. Bu haqda 12 fevral tarixində Sumqayıt24 xəbər verir.
“Jasmine Park” yaşayış kompleksinin qarşısındakı piyada səkisinin üzərində yerləşən quyunun qapağı yoxdur. Sakinlər gecə saatlarında ehtiyatsızlıqdan bədbəxt hadisənin baş verməsindən narahatdırlar.