Corat qəsəbəsində yolu çirkab sular basıb.
Sakinlərin Sumqayit24.az-a verdikləri məlumata görə, Cəfər Cabbarlı küçəsindən keçən kanalizasiya xəttində problem yaranıb. Çirkab sular səbəbindən insanların hərəkəti məhdudlaşıb, habelə ətrafa pis qoxu yayılır.
“Aidiyyəti qurumlara müraciət etmişik. Gəlib baxılıb, lakin tədbir görülməyib. Yola qırmızı bir işarə də qoyulmuşdu, lakin indi onu da götürüblər”, - deyə sakinlər qeyd ediblər.