Sumqayıt şəhəri, 18-ci mikrorayon sakinlərini boru problemi narahat edir. Bu barədə izləyicilər 7 oktyabr tarixində Sumqayıt24-ə xəbər veriblər.
Müraciətdə bildirilir ki, bina 20A-nın önündən keçən yeraltı su borusu ayda 2-3 dəfə təmir olunur. Lakin çox keçmədən içməli su yenidən sızmağa başlayır. Nəticədə bütün yolu su basır. Bu isə qiymətli suyun israfı ilə yanaşı, piyadaların hərəkəti üçün də çətinlik yaradır.