H.Z. Tağıyev qəsəbəsində daha bir yolun təmirə ehtiyacı var. Bu haqda Sumqayıt24-ə bu gün, 27 dekabr tarixində məlumat daxil olub.
Məlumata əsasən, Xətai küçəsi uzun müddətdir ki, təmir olunmur. Bu yolda çox sayda çökəklik var. Sakinlərin sözlərinə görə, onlar çökəklikləri çınqıl daşla doldurulsalar da, vəziyyət eyni olaraq qalıb. Sürücülər isə öz növbəsində yolun dar olmağından narazıdırlar.
“Gördüyünüz kimi, torpaq, daş gətirilib töküblər. Nə yollar tam olaraq təmir edilmir, nə də, heç olmasa, olan çuxurlar asfaltlanmır. Hər gün bu yolla yüzlərlə sakin məktəbə, işə gedir. Yağış da yağan kimi hər yer palçıq olur”, - deyə sakin bildirib.
Həmçinin, adı çəkilən yolda piyada zolağı sınıb.
Foto Sumqayıt24
Foto Sumqayıt24