Sumqayıtda, Şəhidlər Xiyabanının yanında yerləşən işıqforlar nasazdır. Sumqayıt24 bu barədə 8 sentyabr tarixində xəbər verir.
Söhbət Səməd Vurğun və Cəfər Cabbarlı küçələrinin kəsişməsində yerləşən hərəkət nizamlayıcılarından gedir. Məlumata əsasən, yolun hər iki istiqamətində işıqforların yaşıl işığı, eləcə də taymeri yanmır. Sürücülərin sözlərinə görə, bu hal yol hərəkəti iştirakçıları arasında çaşqınlığa səbəb olur.