Sumqayıtda yeraltı kabeldə baş vermiş qəzanın fəsadları aradan qaldırılıb. Bu haqda 18 sentyabr tarixində Sumqayıt24 Report.az-a istinadən xəbər verir.
Hadisə şəhərin 13-cü mikrorayonunda, Babək küçəsində baş verib. Yeraltı kabelin partlaması nəticəsində şəhərin bir hissəsi işıqsız qalmışdı. Əraziyə cəlb edilmiş “Azərişıq” ASC-nin təmir-bərpa briqadası kommunal qəzanın fəsadlarını aradan qaldırıb.