Sumqayıt sakinləri evlərə verilən suyun keyfiyyətindən narahatdırlar. Bu barədə Sumqayıt24-ə çox sayda müraciət daxil olub.
İddia olunur ki, son 7-10 gün ərzində içməli suyun xoşagəlməz qoxusu və dadı var. Bu səbəbdən insanlarda zəhərlənmə və ishal problemlərinin yarandığı bildirilir.
Redaksiyamızın sorğusunda iştirak edənlərin çoxu, sudan “torpaq (lil)” tamının və “bataqlıq” qoxusunun gəldiyini vurğulayır.