top
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
07 fevral 2026, 09:26
- +

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun doğum günüdür. 

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib və 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Daha sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirib.

M.İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçəsini isə yaralayıb. O, bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.

Hərbçimizin meyitini qaytarmaqdan Ermənistan tərəfi uzun müddət boyun qaçırıb və 141 gün saxlayıb. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verib.

2010-cu ilin noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində M.İbrahimovla vida mərasimi keçirilib və o, II Fəxri xiyabanda dəfn olunub.
İgidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 10:49

Sumqayıtda qızıl satıcısını aldadıb avtomobillə qaçdı – 4 il həbs

Bütün xəbərlər
Dünən, 09:55

Sürət qatarında nasazlıq - sumqayıtlılar yollarda qaldı

Bütün xəbərlər
Dünən, 09:20

Sumqayıtda faciə - sürət qatarı kişini vuraraq öldürdü

Bütün xəbərlər
20 sentyabr 2026, 10:00

Sənaye şəhərinin beşiyi: Kimyaçılar qəsəbəsi haqqında maraqlı faktlar

Bütün xəbərlər
20 sentyabr 2026, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 18:30

Sumqayıtda qazıntı bitdi, "izləri" qaldı

Kriminal
19 sentyabr 2026, 17:54

Coratda kişi bıçaqlanıb, arvadı şübhəli bilinir - YENİLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 17:30

Sumqayıtın problemləri bir masa arxasında-Ağsaqqallar və İctimai Şuranın görüşü

Oxşar xəbərlər