top
Qadın avtobus sürücüləri fəaliyyətə başlayıblar
24 noyabr 2025, 13:37
- ↺ +

Qadın avtobus sürücüləri fəaliyyətə başlayıblar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gündən sərnişin avtobuslarında xanım sürücülər rəsmi şəkildə fəaliyyətə başlayırlar.

Sumqayit24.az xəbər verir ki, ilk müddətdə onların fəaliyyətinə təcrübəli mentor-sürücülər tərəfindən dəstək göstərilir.

Qeyd edək ki, ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib.

Proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər.

Təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edib.

Təlim müddətində iştirakçılar baxış texnikası, manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə cəlb olunublar.

Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması təşkil edib.

Eyni zamanda, sürücülər müxtəlif yol şəraitində qəza risklərinin minimuma endirilməsi ilə bağlı vacib bacarıqlar qazanıblar.
İştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından da keçiblər.

Xanım namizədlər "BakuBus" MMC-də sürücü kimi fəaliyyətə başlamaq üçün müraciət ediblər. Müraciətlər daxil olduqdan sonra namizədlər işə qəbul prosesi çərçivəsində tibbi müayinədən, psixoloji qiymətləndirmədən və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçiblər. Bütün mərhələlərı uğurla tamamladıqdan sonra onlar "BakuBus" MMC-də sürücü kimi rəsmi şəkildə işə qəbul olunublar.

İşə qəbul mərhələsində xanımlar üçün "Ehtiyatlı idarəetmə və təhlükəsiz sürücülük" təlimi də təşkil edilib. Təlim zamanı sürücülərə sükan arxasında yarana biləcək faktiki və potensial təhlükə situasiyalarına düzgün reaksiya, fövqəladə manevr bacarıqları və təhlükəsiz hərəkət prinsipləri öyrədilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:00

Bu gün Sumqayıt şəhərimizin 77 yaşı olur

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda maşınların hərəkətində problem yaradan kələ-kötür yol

Bütün xəbərlər
Dünən, 17:30

Sarayda həyətdə meyit aşkarlanıb

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtın xəstəxanasında GƏRGİN ANLAR - ŞİKAYƏT

İdman
Dünən, 16:34

"Sumqayıt"ın prezidenti "Sabah"la oyundakı hakimliyi tənqid etdi - MÜSAHİBƏ

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıta istirahət günü yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 15:08

Sumqayıtda sakinləri zəhərləyən müəssisədən ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:25

SDU və MTÜ-nün birgə layihəsi COP31-də təqdim olundu

Bütün xəbərlər
Dünən, 13:50

Vətən yolunda şəhid olan sumqayıtlı çavuşun doğum günüdür

İdman
Dünən, 13:15

Sumqayıtlı boksçu Avropa çempionatında yarımfinalda

Bütün xəbərlər
Dünən, 12:15

Coratda içməli su küçələrə və həyətlərə axır - İDDİA

Bütün xəbərlər
Dünən, 11:21

Sumqayıtda faciə - azyaşlı dəm qazından boğuldu

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıtın 77-ci ildönümü münasibətilə konsert proqramı keçirilib

Bütün xəbərlər
Dünən, 10:47

Sarayda yük maşını dərəyə aşdı

Bütün xəbərlər
Dünən, 09:50

Sumqayıtda bu küçədə yenə yol çökdü

Bütün xəbərlər
Dünən, 09:15

Coratdakı bağça ilə bağlı sakinlər həyəcan təbili çalırlar - ŞİKAYƏT

Bütün xəbərlər
20 noyabr 2026, 19:00

Sumqayıtda "Şəhərsalma və Memarlıq İli" ilə bağlı tədbir keçirildi

Bütün xəbərlər
20 noyabr 2026, 18:30

Sumqayıtda şənbə günü 20 dərəcə isti olacaq

Bütün xəbərlər
20 noyabr 2026, 18:00

Sumqayıtlı əməkdar artist qızına toy edəcək

Bütün xəbərlər
20 noyabr 2026, 17:30

Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin tabeliyinə veriləcək?

Bütün xəbərlər
20 noyabr 2026, 16:55

Sumqayıt-Bakı xəttində sərnişinlər qatara minə bilmədilər - RƏSMİ CAVAB

Bütün xəbərlər
20 noyabr 2026, 16:30

Qışı soyuq evlərdə qarşılayan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
20 noyabr 2026, 16:10

Saray körpüsündə ağır qəza

Bütün xəbərlər
20 noyabr 2026, 15:18

Sosial müavinətlər və təqaüdlər bu tarixdə ödəniləcək

Oxşar xəbərlər