"Qurtuluş Reabilitasiya Mərkəzi"ndə narkotik asılılıqdan əziyyət çəkən şəxsə işgəncə verilməsi faktını özündə əks etdirən fotolar yayılıb.
Fotolardan görünür ki, müalicə adı altında Reabilitasiya Mərkəzində saxlanılan şəxsin əlləri, ayaqları skoçla bağlanıb.
Qeyd edək ki, fotolarda hadisənin əks olunduğu faktlar Reabilitasiya Mərkəzinin Sumqayıt şəhərində yerləşən 1-ci korpusunda baş verib.
Mənbə: Ajans.az