Sumqayıt şəhərində kommunal qəza baş verib. Sumqayıt24 bu barədə 6 oktyabr tarixində xəbər verir.
Şəhərin Səməd Vurğun küçəsi, “Simurq” şadlıq sarayının qarşısında kanalizasiya quyusu daşıb. Çirkab sular yolun hərəkət hissəsi boyunca axır. Ətrafı xoşagəlməz iy bürüyüb.