Saray qəsəbəsində yararsız elektrik şəbəkələri yenilənir. Sumqayıt24 bu haqda 15 sentyabr tarixində xəbər verir.
Köhnə kənd yaşayış massivində yeni evlərin tikilməsi və əhalinin sürətli artımı abonentlərin fasiləsiz enerji təminatını çətinləşdirib. “Azərişıq” ASC problemin aradan qaldırılması yönündə yenidənqurma işləri aparır.
İşlərin tezliklə yekunlaşması nəzərdə tutulub.