Sumqayıtın 18-ci mikrorayon ərazisində yerləşən elektrik qovşaqları dəyişdirilr. Bu barədə Baku TV məlumat yayıb.
"Yağış yağdıqda qovşağın önündə böyük bir gölməçə yaranır. Bu yoldan hər dəfə qorxu hissi ilə məktəbə, bağçaya və işə gedirik. Dəfələrlə naqillərdə partlayış baş verib", - sakinlər bildirdi.
Əvvəllər sözügedən ərazidə yerləşən obyektlər üçün ümumi qovşaq nəzərdə tutulmuşdur. Bu səbəbdən naqillər bir birinə qarışaraq təhlükəli vəziyyət yaradmışdır. Hazırda hər bir obyektin sayğacı ümumi qovşaqdan ayrılır və özlərinə quraşdırılır.