Sumqayıtın 4-cü mikrorayon ərazisində elektrik dirəyi aşıb. Bu haqda bu gün, 26 sentyabr tarixində Sumqayıt24-ün müxbiri xəbər verib.
Əldə edilən məlumata əsasən, hadisə yaşayış binasının yanında baş verib. Orada olan hündür ağac, güclü külək səbəbindən dirəyin üzərinə aşıb və dirək ağırlığa dözməyib.
Hal-hazırda əraziyə aidiyyəti qurumun işçiləri və texnika cəlb olunub. Onlar yerdə dəlik qazaraq oraya yeni dirək quraşdıracaqlar.
Foto Sumqayıt24