Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisində kanalizasiya quyuları təmizlənib. Bu haqda bu gün, 16 dekabr tarixində Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
Məlumata əsasən 50, 54 və 55 saylı binaların qarşısında kanalizasiya quyuları yüksək təzyiqli yuma maşını ilə yuyularaq çirkab tullantılarından təmizlənib.
Daha öncə, şəhərin 12-ci mikrorayon ərazisində kanalizasiya quyuları yuyulmuşdur.