Sumqayıt şəhərinin 1-ci məhəlləsində uzun müddətdir ki su ilə dolu olan zirzəmi təmizlənib. Bu haqda bu gün, 30 dekabr tarixində Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
Məlumata əsasən, 2-ci evin zirzəmisində yığılmış qrunt suları çəkilib. Bunun üçün idarə tərəfindən əraziyə xüsusi texnika gətirilib.
Dünən, bu binanın problemi haqda məlumat vermişdik.