Sumqayıt şəhərində yük maşınlarının ağırlığından asfalt örtüyü dağılıb. Bu problemlə 45-ci məhəllənin sakinləri Sumqayıt24-ə müraciət ediblər.
Yararsız vəziyyətdə olan yol örtüyü ev 9/77-nin önündə yerləşir. Sakinlərin sözlərinə görə, ərazidə olan şüşə qəbul məntəqəsinə daimi olaraq yük avtomobili gəlir. O, piyada səkisinə çıxaraq buradan şüşələri aparır.
“Yolda asfalt var idi. Yük maşınları bura gələndən sonra yol dağılıb. Ortük tam olaraq yararsız vəziyyətə gəlib. Neçə vaxtdır ki, yolumuz təmir olunmur”, - deyə sakin bildirib. [modula id="7897"]