H.Z. Tağıyev qəsəbəsində yerləşən “Şəhidlər” parkı işıqlandırılır. Sumqayıt24 bu barədə 12 oktyabr tarixində xəbər verir.
Sumqayıt şəhər İcra Hakimiyyətindən bizə təqdim olunan məlumata əsasən, şəhidlərimizin xatirəsinə inşa edilmiş istirahət guşəsində elektrik xətlərində təmir işləri həyata keçirilib və hazırda işıqlandırma sistemləri işləyir.
Daha öncə parkın işıqlandırılmaması haqda məlumat vermişdik.