Sumqayıtda dünən səhər saatlarından etibarən yolboyu çirkab sular axır. Bu barədə 19 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Problem Bozdağ və Mirzə Şəfi Vazeh küçələrinin kəsişməsində yaranıb. Kanalizasiya suyundan saçan qoxu ətrafı bürüyüb. Həmin ərazidə çox sayda fərdi yaşayış evi var. Bu hal orada yaşayan insanların narahatlığına səbəb olub. [modula id="23374"]