Sumqayıtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sumqayit24.az xəbər verir ki, Koroğlu prospektində "Mercedes" markalı minik avtomobili ilə "Isuzu" markalı yük avtomobili toqquşub.
Hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.