top
Tıxac var deyib avtovağzala girmirlər – 7A avtobusundan ŞİKAYƏT
20 dekabr 2025, 10:52
- +

"Tıxac var" deyib avtovağzala girmirlər – 7A avtobusundan ŞİKAYƏT

"Sumqayıtda 7A nömrəli avtobusun bəzi sürücüləri qanunsuz hərəkət edirlər. Onlar ya səhər saatlarında hansısa dayanacaqda saxlamırlar, ya da axşam saatlarında dayanacaqda bizi gözlədirlər".

Bu şikayətlə sərnişin Brilliant Məmmədova Qafqazinfo.az-a müraciət edib.

Onun sözlərinə görə, avtobus sürücüləri tıxacı bəhanə edərək avtovağzal ərazisinə daxil olmurlar:

"7A nömrəli avtobus sürücüləri "aviakassa" adlanan dayanacaqdan Sumqayıt Avtovağzalına daxil olmalı, daha sonra bazara getməlidir. Ancaq bir çox sürücülər, xüsusilə səhər saatlarında, insanların işə getdiyi bir vaxtda avtovağzal yolunda 1-2 maşın olan kimi "Tıxac var, mən avtovağzala girməyəcəyəm" deyərək bazar tərəfə dönür. Qışda, yağışlı gündə, işə gecikdiyimiz halda düşüb növbəti dayanacağa qədər piyada yol gedirik".

Vətəndaş deyir ki, hətta avtobusa minərkən sürücüdən avtovağzala dönüb-dönməyəcəyi haqda soruşurlar, cavab "hə" olsa da, nəticə dəyişmir.
Şikayətçi, həmçinin qeyd edir ki, 7A nömrəli avtobusun sərnişinləri axşam saatlarında başqa problemlə üzləşirlər:

"Dayanacaqlarda avtobusun sürücüsü sərnişinləri 10-15 dəqiqə gözlədir, özü isə düşür ya çay alır, ya siqaret çəkir. Nə vaxt gedəcəklərini soruşduğumuz zaman deyirlər ki, vaxtladır. Maraqlısı budur ki, avtobusların bu gözləmə vaxtı niyə ancaq axşam ortaya çıxır? Səhər və günorta eyni dayanacaqda belə gözləmə olmur. Sürücülər öz aralarında danışıb avtobusu necə istəyirlər, elə də idarə edirlər. Buna isə nəzarət edən yoxdur".

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirildi ki, Sumqayıt şəhərində 7A nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti aidiyyəti qurum tərəfindən təsdiq edilmiş gündəlik qrafik və əvvəlcədən müəyyən olunmuş marşrut sxemi əsasında həyata keçirilir:

"Sözügedən marşrut üzrə avtobusların hərəkətinə və qrafikə riayət olunmasına aidiyyəti məsul qurumlar tərəfindən mütəmadi nəzarət həyata keçirilir. Eyni zamanda, avtobusların dayanacaqlarda əsassız gecikməsi, sərnişinlərin mindirilməsindən imtina edilməsi, marşrut xəttindən kənara çıxma halları yolverilməzdir və bu kimi hallarla bağlı nəzarət tədbirləri gücləndirilib.

Vətəndaşlardan xahiş olunur ki, sərnişindaşıma ilə bağlı rastlaşdıqları problemlər barədə aidiyyəti qurumlara rəsmi qaydada müraciət etsinlər. Daxil olan müraciətlər operativ şəkildə araşdırılır və zəruri tədbirlər görülür".

Səsləndirilən iddialarla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) qeyd olundu ki, 7A nömrəli marşrutda 12 avtobus 5 dəqiqə intervalla fəaliyyət göstərir, lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir:

 "7 və 7A nömrəli marşrutlar eyni daşıyıcıya məxsusdur. Bu səbəbdən hər iki marşrutla bağlı daşıyıcıya xəbərdarlıq edilib, avtobusların nizamlı fəaliyyətinin təmin edilməsi, müəyyən edilmiş hərəkət sxemi üzrə fəaliyyət göstərmək, təyin edilmiş dayanacaqlarda dayanmaq barədə tapşırıqlar verilib. Qeyd edilən nöqsanlar aradan qaldırılmayacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi daşıyıcının diqqətinə çatdırılıb".

Qeyd edək ki, 7A nömrəli avtobusun marşrut istiqaməti Sumqayıt Avtovağzalında başlayır və elə eyni nöqtədə də tamamlanmalıdır.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:40

Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

İdman
Dünən, 17:50

"Sumqayıt" basketbol klubu bu oyunçusu ilə müqavilənin müddətini uzadıb

İdman
Dünən, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Bütün xəbərlər
Dünən, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Bütün xəbərlər
Dünən, 16:12

Bakıya gedən sumqayıtlılara şad xəbər - PULSUZ OLACAQ

Bütün xəbərlər
Dünən, 15:50

Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılacaq

Bütün xəbərlər
Dünən, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Dünən, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Dünən, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Dünən, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Dünən, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü - VİDEO

Bütün xəbərlər
Dünən, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Dünən, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Dünən, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Dünən, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Dünən, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Dünən, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Dünən, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
21 sentyabr 2026, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
21 sentyabr 2026, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
21 sentyabr 2026, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
21 sentyabr 2026, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
21 sentyabr 2026, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

Oxşar xəbərlər