Sumqayıtda Vətən müharibəsi qazisinin “Azəriqaz”a müraciəti ilə bağlı məsələ qısa zaman ərzində həll edilib. Bu barədə 8 sentyabr tarixində quruma istinadən xəbər veririk.
Qazi Elvin Məmmədov Yaşıldərə yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı “Azəriqaz” ASC-yə müraciət edib. Məmmədovun müraciətinə tez bir zamanda baxılıb. Qurumun əməkdaşları tərəfindən yaşayış evi qazlaşdırılıb, həmçinin buraya qaz sayğacı quraşdırılıb.