Sumqayıtda festival keçiriləcək. Bu barədə 14 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
“Könlümün Şuşa mövsümü” adlı Mədəniyyət festivalı Poeziya evinin (Heydər parkı) qarşısında, açıq havada baş tutacaq. Burada dekorativ tətbiqi sənət ustalarının əl işlərindən ibarət satış sərgisi və konsert proqramı olacaq.
Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsi, İcra Hakimiyyəti və Dövlət Rəsm Qalereyası tərəfindən təşkil edilir.
Tarix: 18 oktyabr;
Vaxt: 14:00.