Sumqayıtda fəaliyyət göstərən 2 saylı “ASAN xidmət” mərkəzində təhsil xidmətləri göstərilir.
Sumqayıt24 Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, qurum vasitəsilə vətəndaşlar aşağıdakı xidmətlərdən yararlana bilərlər:
- Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;
- Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat);
- Şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat);
- Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;
- Uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı.