top
Azərbaycan rokunun “Yuxu”su
29 dekabr 2021, 09:00
- ↺ +

Azərbaycan rokunun “Yuxu”su

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Yuxu” qrupu 1988-ci ildə Sumqayıt şəhərində yaradılıb. Qrupun adını onun yaradıcısı, bass-gitaraçı İbrahim Emin təklif edib. Bu fikir qrup üzvlərinin tez-tez yuxularında özlərini artıq məşhur və bacarıqlı musiqiçilər kimi görməklərindən yaranıb.

Qrupun ilk çıxışları Sumqayıtın “Kimyaçılar” sarayında baş tutub. 1989-cu ildə “Yuxu” “Qızıl Payız” festivalının qalibi olub və bu vaxtdan da məşhurlaşmağa başlayıb. Onları hamıya tanıdan ifa isə “Xəzərin sahilində” mahnısı idi. Mahnının sözlərini İbrahim Eminin atası yazıb. “...mən sözlərə atamın icazəsi ilə bəzi düzəlişlər etmişəm. Məsələn, orda “Xəzərin sahilində” əvəzinə “Sumqayıt bağlarında” yazılmışdı”, - İbrahim Emin Apa.az-a müsahibəsində deyib. “Xəzərin sahilində” mahnısına klip çəkməyə isə keçmiş ANS televiziyasının prezidenti Vahid Mustafayev köməklik göstərib, və klip ilk dəfə elə həmin televiziyada yayımlanıb.

Festivalda qalib gəldikdən sonra qrup İstanbula yollandı və qısa müddət ərzində tanınmağa başladı. Türkiyəyə ilk dəfə gələndə qrup üzvlərinin ümumilikdə 100 dollar pulu olub. Qazanc üçün onlar İstanbulun Laləli qəsəbəsində dəri gödəkcə satan mağazada işləyirdilər. Bu zaman “Xəzərin sahilində” klipini fransız xanım Paskal görüb, onları Fransada fəaliyyət göstərməyə dəvət etdi. Lakin Fransada müvəqqəti yaşamaq üçün sənədləri ala bilməyən qrup üzvləri Türkiyədə qalaraq, fəaliyyətlərini davam etdirdilər.

“Yuxu”nun ilk iki albomu Azərbaycanda yazılsa da bütün albomlar (“Xəzərin sahilində” - 1988-ci il, “Sumqayıt” - 1994-cü il, “Ölümə çarə yox” - 1998-ci il) ilk dəfə Türkiyədə yayımlanıb.

1999-cu ildə İstanbulda baş verən zəlzələdən sonra Türkiyədə musiqi sahəsində böhran yaşanmağa başladı. Bundan sonra, 2001-ci ildə “Yuxu” qrupu fəaliyyətini dayandırdı. Sonradan qrup üzvləri fərqli sahələrdə işləməyə başladılar. Vokal ifaçısı Zaur Abdullayev Moskvaya köçdü, zərb alətləri ifaçısı Çingiz Eyvazov Bakıda tatu sənəti ilə məşğul olmağa başladı, gitaraçı Namiq Nağdəliyev İstanbulda qalaraq öz musiqi fəaliyyətini fərqli türk qruplarında davam etdi. “Yuxu” qrupunun yaradıcısı, bass-gitaraçı İbrahim Emin Sumqayıta qayıtdı və 2004-cü ildə “Sirr” qrupunu yaratdı. O, 2 iyul 2019-cu ildə Sumqayıt şəhərində vəfat edib.

Ədəbiyyat:




    1. https://web.archive.org/web/20200503141015/https://cerezzine.com/ibrahim-emin-yuhu-ibo/ https://les.media/articles/530113-da-budet-rok-for-landing

    2. https://www.bbc.com/azeri/azerbaijan/2016/07/160707_yuxu_rock_band

    3. https://www.youtube.com/watch?v=_iiMEe1uwdc&list=RDMM_iiMEe1uwdc&start_radio=1

    4. Hüseynova Aida. Music of Azerbaijan. From mugham to opera. Bluminqton, İndiana: İndiana Universitet Nəşriyyatı. 2016.




Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Oxşar xəbərlər