top
Azərbaycanın ilk qadın metallurqu
11 dekabr 2021, 01:30
- ↺ +

Azərbaycanın ilk qadın metallurqu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zəminə Həsənova 10 may 1918-ci ildə Sumqayıtın Corat qəsəbəsində, balıqçı ailəsində anadan olub.

1936-cı ildə Bakıda Mirzə Ələkbər Sabir adına pedaqoji texnikumu (indiki ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirmişdir. Daha sonra Corat orta məktəbində pioner baş dəstə rəhbəri, qəsəbə sovetinin sədri və digər vəzifələrdə, mədəni maarif müəssisələrində işləmişdir. Həmçinin Həsənova bir müddət Sumqayıt Elektrik Stansiyasında da çalışmışdır. O, Böyük Vətən Müharibəsi illərində Bakının vətəndaş müdafiəsində iştirak etmişdir.

Müharibədə yoldaşını itirən Zəminə xanım tək başına 6 uşaq böyüdür - 2-si öz uşağı, 4-dü isə həlak olmuş bacısının uşaqları idi.

1952-ci ildə Həsənova Sumqayıtın Boruyayma zavodunda çalışmağa başlamışdır. Onun ilk vəzifəsi operator və usta, daha sonra isə baş sinkləyici olmuşdur. Zəminə Həsənova Azərbaycanın ilk qadın metallurqu sayılır.

Zəminə xanım 6-cı çağırış SSRİ Ali Sovetinin və 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

7 mart 1960-cı ildə yüksək istehsalat göstəricisi əldə etdiyinə və ictimai fəallığına görə Həsənova “Lenin ordeni”, “Sosialist Əməyi Qəhrəmanı” adı və “Oraq və Çəkic” qızıl medalı ilə təltif olunmuşdur.

1962-ci ildə Həsənovaya, Çexoslovakiyanın Brno şəhərindəki Y.E.Purkine adına Universitetin fəlsəfə fakültəsinin “SSRİ tarixi” kafedrasının dosenti Zdenek Koneçnı məktub göndərmişdir. Məktubda deyilirdi: “...Biz Çexoslovakiya oxucuları üçün Qafqazın görkəmli tarixi və müasir şəxsiyyətlərinin həyat və fəaliyyətini əks etdirən kitab hazırlayırıq. 13 fəsildən ibarət olacaq bu kitabda biz oxucularımızı inqilabçılarla, rəssamlarla, yazıçılarla və digərləri ilə tanış etmək istəyirik. Kitabın bir hissəsi Sosialist Əməyi Qəhrəmanlarına həsr olunur və siz öz zəhmətinizlə bu yüksək ada layiq görülmüş adamlarsınız”.

1969-cu ildə Sumqayıtın fəxri vətəndaşı adına, 2 oktyabr 2002-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Zəminə Həsənova 2006-cı ildə, 88 yaşında Sumqayıt şəhərində vəfat edib.

Ədəbiyyat:


  1. Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt-2010.

  2. Həmid Alıyev. Sumqayıt şəhərinin tarixi. Bakı-2011.

  3. Г.Ю.Ахундов. Сумгаит. Баку-1966.

  4. http://web.archive.org/web/20170519201323/http://www.sumhistorymuseum.az/index.php?option=com_content&view=article&id=62&Itemid=92

  5. http://www.scfwca.gov.az/post/1382/sumqayitli-sosialist-emeyi-qehremani-fexri-vetendasi-ve-azerbaycanin-ilk-qadin-metallurqu-zemine-hes


Zəminə Həsənova Moskvada, Qırmızı meydanda Zəminə Həsənova Moskvada, Qırmızı meydanda

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Oxşar xəbərlər