Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Sumqayıta gəlir. Bu haqda 15 fevral tarixində Sumqayıt24 xəbər verir.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Sumqayıt Dövlət Dram Teatrının səhnəsində dramaturq Ülviyyə Heydərovanın "İnanıram" monotamaşasını təqdim edəcək. Tamaşa fevralın 22-də saat 18:00-da nümayiş olunacaq.
Vətən müharibəsinə və Zəfər qüruruna həsr edilmiş əsərin quruluşçu rejissoru Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, ifaçı aktrisa Zenfira Əbdülsəmədədovadır.