Sumqayıtda “Açıq mikrofon” aksiyası keçiriləcək. Bu haqda 17 dekabr tarixində Sumqayıt24 xəbər verir.
SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə təşkil etdiyi aksiya zamanı sahibkarlarla görüş təşkil olunacaq. “Səyyar qəbul otağı”nda səsləndirilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Tarix: 19 dekabr;
Vaxt: 11:00-12:00;
Ünvan: 30-cu məhəllə (Xəzər Səhmdar Cəmiyyəti).