"Baku Digital" MMC şirkətinə işçi axtarılır. Bu haqda 28 dekabr tarixində Sumqayıt24 Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.
Şirkət Sumqayıt filialına operator vəzifəsi üzrə vakansıya elan edib. 6 günlük iş rejimli olan vakansiya üzrə tam orta təhsil tələb olunur. Yaş həddi 20-40 arasıdır.
Vakansiyalara müraciət etmək istəyən şəxslər faktiki yaşayış ünvanı üzrə Sumqayıt Regional Məşğulluq filialına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər.