“STP Polymer” beynəlxalq tədbirə qatılacaq. Sumqayıt24 bu haqda 6 mart tarixində Marja.az-a istinadən xəbər verir.
Su Təsərrüfatı Sərgi və Konfransı 12-14 mart tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Şirkət sərgidə müxtəlif təyinatlı (HDPE, PP) borular, fitinqlər, təzyiqli su və qaz boruları, koruge, drenaj, damcılı suvarma boruları, həmçinin kabel qoruyucu və optika kabelləri üçün borulardan nümunələr sərgiləyəcək.
Sərgi iştirakçıları “STP Polymer”ə aid stendə yaxınlaşaraq şirkət nümayəndələrindən ətraflı məlumat əldə edə, gələcək əməkdaşlıq üçün görüşlər keçirə biləcəklər.