Sumqayıtda “Biznes layihələrinin yazılması və idarə olunması” mövzusunda təlim keçiriləcək. Bu haqda 10 oktyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən xəbər veririk.
KOB İnkişaf Mərkəzi tərəfindən təşkil olunan görüş sabah saat 12:00-da başlayacaq. Mərkəzin eksperti sahibkarlara mövzu ətrafında məlumat verəcək, sonda isə onların suallarını cavablandıracaq.
Ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrəsi : (055) 209-30-75.