Sumqayıt Tibb Mərkəzinin (STM) Facebook platforması üzərindən canlı yayımı olacaq. Bu haqda 19 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Efirdə qonaq qismində 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin həkim-psixiatrı İlhamə Müslümova çıxış edəcək. O, psixoloq, nevroloq və psixiatr ixtisasları arasındakı fərqi, hansı halda kimə müraciət etmək lazım olduğunu izah edəcək.
Yayım 19 dekabr saat 14:00-da baş tutacaq.
Mövzu ilə bağlı sualları şərh bölməsində qeyd etmək mümkündür.