"Su Gündəmi" layihəsinin növbəti buraxılışı yayımlanacaq.
Sumqayit24.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və “ASAN Radio”nun birgə proqramının bugünkü qonağı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Ceyranbatan Su Təchizatı İdarəsinin rəis müavini Oruc Bayramov olacaq.
Qeyd edək ki, proqram 24 sentyabr saat 17:05-də başlayacaq.