Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sumqayıtda qəbul keçirəcək. Sumqayıt24 bu barədə 22 noyabr tarixində xəbər verir.
Sədr Saleh Məmmədov 24 noyabr saat 11:00-da Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Qubadlı rayonu sakinləri ilə görüşəcək.
Qəbula yazılmaq istəyənlər Sumqayıt şəhəri “1 №-li Magistral Yolların İstismarı” MMC-də öncədən qeydiyyatdan keçməlidirlər.
Vətəndaşlar görüşə şəxsiyyəti təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər agentliyin səlahiyyətlərinə aid olmalıdır.